Şahmat_olimpiya

image

Şahmatın Olimpiya Oyunlarına salınması ilə bağlı kampaniyaya artıq start verilib. Bu barədə dünən Parisdə baş tutan FİDE prezidenti Arkadiy Dvorkoviç və Fransa Şahmat Federasiyasının başqanı Baçar Kuatlinin görüşündən sonra geniş ictimayətə məlumat verilib.Görüşdə qərara alındi ki,FİDE-yə üzv olan 189 federasiyada 600 milyondan çox insanını oynadığı oyun, bütün dünyada idman növü kimi qəbul olunur və Olimpiya Oyunlarına əlavə rəng qatacaq. FİDE ,2024-cü ildə keçiriləcək yay  Olimpiya Oyunlarına şahmatın Rapid və Blitz növü ilə namizəd olur. Yaxın günlərdə rəsmi müraciət hazırlanaraq Beynəlxalq Olimpiya Komitəsinə göndəriləcək.