GM Vüqar Həşimov hər an

image

- Vüqarsız çempionluqda sonuncu qələbəni necə xatırlayırsınız?

- Əlbəttə, birinci çempionluq mənim üçün daha vacibdir, daha şərəflidir . 2009-cu ildə GM Vüqar Həşimov axırıncı oyunda qalib gəldikdə biz tarixi qələbəmizə Vüqarla imza atdıq. Bu əvəz edilməz tarixi qələbə idi.İndi isə həmin emosiyalar yoxdur. Çünki, indi biz Vüqarsız yarışlara qatılırıq....

- GM Vüqar Həşimovla qazandığınız qızıl medalı xüsusi vurğuladınız. Bilirik ki, Rusiya yığmasının Ukrayna əsilli qrossmeysteri Sergey Karyakin Azərbaycana hər səfərində dahi şahmatçımızın abidəsini ziyarət edir. Siz necə, komanda yoldaşlarınızla Vüqarın abidəsini ziyarət edirsinizmi?

- GM Vüqar Həşimov hər an bizim ürəyimizdədir və bizim qələbəmiz həm də Vüqarın qələbəsidir.

Məkanın cənnət olsun, dahi qrossmeyster!