BLITS

image

BEYNƏLXALQ QROSSMEYSTER VÜQAR HƏŞİMOV BLİTS ŞAHMAT ÜZRƏ ÜÇQAT AVROPA ÇEMPİONU OLMUŞDUR

İspaniyanın Orense şəhərində keçirilən blits üzrə şahmat turnirində Azərbaycanın yeganə təmsilçisi GM Vüqar Həşimov olmuşdur. GM Vüqar Həşimov mübarizəni mütləq çempionluqla başa vurmuşdur.
Həmyerlimiz keçirdiyi bütün görüşlərdə İspaniya, Peru, Serbiya, Fransa, Kuba, Ukrayna və Niderlanddan olan rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülmüşdür. Həşimov 10 turdan 9,5 toplayaraq ən yaxın rəqibini 2 xal üstünlüyü ilə geridə qoymuşdur.
Bu çempionatda 32 ölkədən 600-dən çox şahmatçı iştirak etmişdir.
GM Vüqar Həşimov möhtəşəm qələbələri ilə Azərbaycan bayrağını həmişə yüksəkliklərdə layiqincə dalğalandırıb.

VÜQARIMIZ - MƏKANIN CƏNNƏT OLSUN...