Vladimir Kramnik:

image

Vladimir Kramnik: "Vüqar Həşimovun Azərbaycan millisində yeri görünür"

- GM Vüqar Həşimovu necə xatırlayırsınız?

- Mən GM Vüqar Həşimovun xatirəsinə təşkil olunan "Shamkir chess" turnirinin təşkilatçılarına Vüqara layiq turnir keçirdikləri üçün təşəkkür edirəm.Vüqarla tez-tez müxtəlif turnirlərdə qarşılaşırdıq. Daha çox sürətli şahmatda rəqib olmuşuq. Çox pozitiv, gülərüz insan kimi xatırlayıram. Səmimi, mehriban dost kimi xatırlayıram.Şəmkir turniri həm də Vüqarın dostlarını birləşdirir. Onun yoxluğu təkcə Azərbaycan deyil, dünya şahmatı üçün çox böyük itkidir. Gənc olmasına baxmayaraq, çox yüksək səviyyədə oyun nümayiş etdirirdi. GM Vüqar Həşimovun qısa ömür tarixçəsində əldə etdiyi uğurları, qələbələri sonsuz sayda idi.Vüqarın bu gün bizimlə olmaması ən çox Azərbaycan millisində hiss olunur. GM Vüqar Həşimovla yığma komandanız daha güclü və məğlub edilməz idi. Bu gün GM Vüqar Həşimovun nəinki, Azərbaycan millisində bütün dünya şahmat aləmində həm yeri, həm də özü görünür.
Məkanın cənnət olsun dahi qrossmeyster...