Şahmat turniri

image

Dünya şahmat tarixinə adı qızıl hərflərlə yazılmış GM Vüqar Həşimov heç vaxt unudulmayacaq...

Dahi şəxsiyyət GM Vüqar Həşimovun xatirəsinə həsr olunmuş sürətli şahmat turniri başa çatıb. Turnirdə 8-10-12 yaşadək uşaqlar birincilik uğrunda mübarizə aparıblar.

Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Mübarizəyə Azərbaycanın, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılarda qoşulublar.Turnirdə fərqlənən yeniyetmə şahmatçıları təbrik edirik və gələcək yarışlarda uğurlar diləyirik.