THE NEW YORK TİMES:

image

THE NEW YORK TİMES: GM VÜQAR HƏŞİMOV RİSK SEVƏN ŞAHMATÇI İDİ

The New York Times qəzeti azərbaycanlı şahmatçı GM Vüqar Həşimov haqqında fikirlərini bölüşüb . Qəzet azərbaycanlı qrossmeysteri dünyanın ən aparıcı şahmatçılarından biri adlandırıb. Məqalədə qeyd olunur ki, GM Vüqar Həşimov risk sevən şahmatçı idi.
Qəzet GM Vüqar Həşimovun şahmat karyerasındakı uğurlar və qazandığı medallar haqqında geniş məlumat verib.
GM Vüqar Həşimov 21 dəfə dünya və avropa çempionatlarının qızıl, gümüş və bürünc mükafatlarına layiq görülüb.
O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası uğrunda müvəffəqiyyətlə çıxış edib.GM Vüqar Həşimov 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada Azərbaycanın yığmasının tərkibində uğurlara imza atıb.
50 dən çox müxtəlif miqyaslı beynəlxalq turnirlərin qalibi olub.
GM Vüqar Həşimov Dünya intelektual oyunlarının və Ümumdünya İntelektual oyunlarının baş mükafatına dəfələrlə layiq görülüb. 
2009-cu ildə isə Avropa çempionu titulunu məhz komandamıza son turda həlledici oyunu ilə GM Vüqar Həşimov qazandırmışdır.
1958 ci ildən müntəzəm olaraq İtalyada keçirilən "RECCO-EMİLİYA" şahmat turnirinin dəfələrlə qalibi olmuşdur.
Məkanın cənnət olsun, VÜQAR!