Dahi Şahmatçımız

image

GM Vüqar Həşimov Azərbaycan şahmatına böyük uğurlar qazandırıb

Dahi şahmatçımız GM Vüqar Həşimov aramızda olmasa da, biz onu daim ehtiramla xatırlayırıq. O, dünya şahmat ulduzudur.GM Vüqar Həşimov 21 dəfə dünya və avropa çempionatlarının qızıl, gümüş və bürünc mükafatlarına layiq görülüb.O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası uğrunda müvəffəqiyyətlə çıxış edib.GM Vüqar Həşimov 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada Azərbaycanın yığmasının tərkibində uğurlara imza atıb.
50 dən çox müxtəlif miqyaslı beynəlxalq turnirlərin qalibi olub.
GM Vüqar Həşimov Dünya intelektual oyunlarının və Ümumdünya İntelektual oyunlarının baş mükafatına dəfələrlə layiq görülüb. 2009-cu ildə isə Avropa çempionu titulunu məhz komandamıza son turda həlledici oyunu ilə GM Vüqar Həşimov qazandırmışdır.1958 ci ildən müntəzəm olaraq İtalyada keçirilən "RECCO-EMİLİYA" şahmat turnirinin dəfələrlə qalibi olmuşdur.GM Vüqar Həşimov Azərbaycan şahmatına böyük uğurlar qazandırıb. Keçirdiyimiz turnirlər Vüqarın xatirəsinə ehtiram əlamətidir.Azərbaycan şahmatının parlaq zəfəri - GM Vüqar Həşimovun adı ilə bağlıdır.

Məkanın cənnət olsun, Vüqar...