Azərbaycan Diplomatiya Akademiyası

image

Vüqar Həşimov Akademiyası bölgələrdə layihələr həyata keçirəcək

Azərbaycan Diplomatiya Akademiyasında (ADA) Vüqar Həşimov Şahmat Akademiyasının təşkilatçılığı ilə şahmat yarışması baş tutub. Turnirdə ADA-nın 40-a yaxın tələbəsi və universitetin qonaqları iştirak ediblər.“Sevindirici haldır ki, gənclər sonadək mübarizə aparıblar. Eyni zamanda, Vüqarın arzusu olan və başladığı belə layihələri VüqarHəşimov Akademiyası olaraq bölgələrdə də təşkil etmək niyyətindəyik”, – deyə S. Həşimov bildirib.Qeyd edək ki, Vüqar Həşimovun qardaşı olan Sərxan Həşimov Azərbaycan çempionu, Avropa Çempionatının bürünc medalçısı, İspaniyanın nüfuzlu San Sebastyan turnirinin qalibi olmuş beynəlxalq şahmat ustasıdır. Eyni zamanda, İKT sahəsində 15 ildən çox təcrübəsi olan İT mütəxəssisidir. O, 2016-cı ildən etibarən “Microsoft Azerbaijan” şirkətinin baş direktoru vəzifəsində çalışır.Vüqar Həşimov Şahmat Akademiyasının bütün müəllim və şagird heyyətinə şahmat yaradıcılığı və bol-bol uğurlar arzulayırıq.