LİDER ÜÇLÜK

image

GM VÜQAR HƏŞİMOV XATİRƏLƏRDƏ...

“GM Vüqar Həşimovun ruhu rahat ola bilər...” 
Ömrünün ən gözəl çağında həyatdan köçən dəfələrlə dünya və avropa çempionatlarının qızıl, gümüş və bürünc mükafatçısı, sürətli şahmat üzrə üçqat avropa çempionu, dünya intelektual oyunlarının baş mükafatçısı GM Vüqar Həşimovla bağlı xatirələrimi bölüşmək istəyirəm. Gecə-gündüz əmək sərf edən, fədakar GM Vüqar Həşimov kimi şəxsiyyətlərin məhz əməyi nəticəsində Azərbaycanda çox güclü şahmat məktəbi yarandı. Gənc və yeniyetmə şahmatçılar avropa birinciliyinə, dünya birinciliyinə çıxdılar.Tez bir zaman da gənc nəsil dalğası gəldi. GM Vüqar Həşimov, İM Sərxan Həşimov, GM Şəhriyar Məmmədyarov, GM Rauf Məmmədov, GM Nicat Məmmədov və GM Teymur Rəcəbov və digərləri şahmat dalğasında özünə yer aldı. Onların hamısı istedadlı idi, ancaq GM Vüqar Həşimov xüsusi istedadı ilə fərqlənirdi. Dünya da tanınmış, qəbul olunmuş lider üçlük yarandı. 
GM Vüqar Həşimov
GM Şəhriyar Məmmədyarov
GM Teymur Rəcəbov 
Bu uşaqların məhz zəhməti sayəsində Azərbaycanda çox güclü bir şahmat məktəbi formalaşdı.Biz çox istəyirdik ki, Azərbaycana şahmat tacını GM Vüqar Həşimov qaytarsın. O buna layiq oğul idi. Təəsüf ki, ömür vəfa etmədi.O hələ uşaq ikən, adını böyük hərflərlə şahmat salnaməsinə yazdı. Vüqarın vaxtsız gedişi nəin ki Azərbaycan şahmatına, dünya şahmatına böyük zərbə oldu. 
Allah Vüqarın məkanını cənnət eləsin...