Akademiyanın uğurları

image

Dekabrın 15-də Vüqar Həşimov Şahmat Akademiyasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş şahmat festivalı keçirilib.Turnirin açılışında Vüqar Həşimov Fondunun prezidenti Anar Allahverdiyev festivalın əhəmiyyətini yüksək qiymətləndirib. Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərdən danışan A.Allahverdiyev GM Vüqar Həşimovun əldə etdiyi uğurlar barədə məlumat verib. Bildirib ki, iki illik fəaliyyəti nəticəsində, akademiya bir çox ilklərə və uğurlara imza atıb. Festivala İran və Fransa şahmatçıları da qatılıblar. Bu yarış yeni istedadların üzə çıxarılması, onların səviyyələrinin yüksəldilməsi baxımından mühüm rol oynayacaq.Akademiyanın fəaliyyətini və festivalın əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov deyib: “Bu gün Vüqarı sevənlər və şahmat həvəskarları bu tədbirdə iştirak edirlər. Ümumiyyətlə, ölkəmizdə digər sahələr kimi, idman da sürətlə inkişaf edir. Şahmatçılarımız ölkəmizi layiqincə təmsil edirlər. Bu, ölkəmizdə uğurla həyata keçirilən idman siyasətinin daha bir göstəricisidir. Son illər Azərbaycan mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. GM Vüqar Həşimovun xatirəsinin yaddaşlarda qalması üçün bundan sonra da müxtəlif layihələrin həyata keçiriləcəyini bildirən Q.Həşimov deyib: “Akademiya fəaliyyətə başlamasından ötən qısa müddətdə bir çox nailiyyətlərə imza atıb. Hazırda bir neçə layihə üzərində iş gedir. Ümid edirəm ki, gələcəkdə akademiyamızın yetirmələri beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edəcəklər. Bu uğurda bizim də payımızın olmasını istəyirik”.
Festivalda ümumilikdə 200-dən çox şahmatçı iştirak edir.