Gəncə

image

Gəncədə GM Vüqar Həşimovun xatirəsinə həsr olunan sürətli şahmat turnirinə start verildi
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin birgə təşkil etdikləri yarışa 200-dən artıq məktəbli qatılıb. turnirin açılış mərasimində dünya şöhrətli qrossmeysterin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şahmat Məktəbinin direktoru, əməkdar məşqçi Asif Həsənov çıxış edərək sürətli şahmat üzrə dünya çempionunun keçirdiyi görüşlərdən, qazandığı uğurlardan danışıb.

Daha sonra üç yaş qrupunda keçiriləcək turnirin şərtləri barədə iştirakçılara məlumat verilib. FİDE qaydalarına uyğun olaraq İsveçrə sistemi üzrə 7 turdan ibarət olmaqla keçirilir. Sonda qaliblərə diplomlar, medallar və xatirə hədiyyələri təqdim olunacaq.