Vüqarın master-klassı

image

“GM VÜQAR HƏŞİMOV DÜNYA REYTİNQİNDƏ ALTINCI PİLLƏDƏ OLSA DA, İNSANLIQDA BİRİNCİ YERDƏ İDİ”

Vüqar Həşimov Şahmat Akademiyasında gənc şahmatçılar üçün müntəzəm ustad dərslər və seanslar keçirilir. Master-klass dərsləri təcrübəli müəllimlər və qrossmeysterlər tərəfindən aparılır. Ustad dərslərində öz yaşıdları arasında sözlərini deyə bilən şahmatçilar iştirak edir.Vüqar Həşimov Şahmat Akademiyasının məqsədi - GM Vüqar Həşimovun və onun uşaqlıq dostları olan qrossmeysterlərin təcrübəsini gələcək nəsillərə ötürməkdir.Yeniyetmə şahmatçılar bu görüşlərdə yeni ideyalar öyrənir və inkişaf edirlər.Səmərəli sürətdə ustad dərslərində təkcə gənc şahmatçılar deyil, onların müəllimləri və valideynləri də iştirak edirlər.
Hər bir azərbaycanlı valideyn öz uşağının intelektual fəaliyyətini inkişaf etdirməyə borcludur.Beynəlxalq dərəcəli idman ustası, yığma komandanın məşqçisi Anar Allahverdiyev əmindir ki, məhz buna görə şahmata gəlmək, onunla məşğul olmaq istəyənlərin sayı günbəgün artır. 


Elit şahmatda Azərbaycanın 3 nümayəndəsinin adı əbədi həkk olunub: GM Vüqar Həşimov, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov. Yeniyetmə şahmatçılar arasında böyük potensiala malik olanlarda var. Ölkə rəhbərliyinin birbaşa dəstəyi ilə GM Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi Şəmkir turniri, Azərbaycanda Dünya kuboku, Dünya Şahmat Olimpiadası, 2 dəfə Qran-Pri silsilə turnirləri,dünya yığmasının Azərbaycan komandası ilə qarşılaşması və s turnirlər təşkil olunub.
Əməkdar idman ustası qeyd edir ki, ustad dərslərinin keçirilməsi hər şahmatçı üçün bir pillə irəli getmək deməkdir. Uşaqlar belə görüşlərdən sonra daha həvəslə şahmatla məşğul olur, böyük zirvələrə can atır, öyrəndikləri yeni ideya və variantlar onlara başqa sahələrdə öz töhfələrini verməyə şərait yaradır, qrossmeyterlərlə ünsiyyət isə inkişafa stimul verir. Master-klasslar uşaqların psixoloji vəziyyətinə təsirsiz ötüşmür, onların anlayışlarını artırır. 
Şahmatın Azərbaycanda inkişafı, xüsusilə ustad dərslərinin verilməsi məhs Vüqarın öz arzusu olub. O, dəfələrlə Azərbaycanın müxtəlif regionlarında mütəmadi masster-klass dərsləri və seanslar keçirib.


Tamamilə təmənnasız olan bu master-klassların məqsədi daha çox gənc şahmatçıları cəlb etmək və onlara yeni biliklər aşılamaqdır. Bu bilikləri dünya şöhrətli şahmatçımızın master-klassları ilə yanaşı, onun oyunlarını izləməklə də mənimsəmək mümkündür.
Əbədi yaşa - GM Vüqar Həşimov...