Azərbaycanda şahmatın tarixi

image

Şahmat — taxta lövhə üzərində keçirilən strateji oyun növü.

Şahmat dünyanın ən qədim oyunlarından biridir.

Tarixdə şahmat oyununun harada yaranmasına dair yekdil fikir yoxdur. Bu məsələ mübahisəli olduğundan şahmatın vətəni barədə görüşlər birmənalı qəbul edilmir. Bəzi qaynaqlarda qeyd olu­nur ki, şahmatın atası hesab edi­lən ona bənzər ilk oyunların təx­minən 4000 il bundan əvvəl Mi­sirdə oynanılmasına dair izlər Misir fironu IV Amenhotepin ar­vadı, firon Tutankhamunun qay­nanası kraliça Nefertitiyə aid piramidadakı qabartma təsvirlərdə aşkar edilmişdir. Halbuki sözügedən təsvirlərdə bəhs olunan oyun şahmatla heç bir əlaqəsi olmayan senet adlı oyundur. Senetlə şahmatın ilk bənzərliyi hər iki stolüstü oyunun iki şəxs tərəfindən oynanılmasıdır. Digər oxşarlıq hər ikisində daşların ol­masıdır, lakin unutmaq olmaz ki, daş sayında və formasında heç bir bənzərlik yoxdur. Senetdə də taxtanın səthi kvadratlardan ibarətdir, lakin kvadratların sayı 30-dur.

Bir versiyaya görə şahmatı ilk dəfə kəşf edən şəxs hind mütəfəkkiri Herssabbin Dahire, oyunu yayan şəxs isə Liclac İbn-i Sita adlı başqa bir hindli olmuşdur.

Şahmatla bağlı ilk yazılı sənədlərə təqribən 380-ci illərdə hind hökmdarı II Chandraguptanın zamanında və “Çaturanga” adlı oyuna dair sanskrit dilindəki mənbələrdə rast gəlinmək­dədir.

VI əsrdə İran şahı I Khusrova Hindistan padşahı tərəfindən şahmat hədiyyə edildikdən sonra oyun “çatranq” adını almış, həmin dövrdə ərəblərin İranı istila etməsindən sonra isə oyun islam dünyasında tanınaraq adı “satranj” olaraq dəyişikliyə uğra­mışdır. 

İranlılardan ərəblərə keçən, VIII əsrdə Əməvilər dövləti tərə­findən Əndəlus vilayətinə, onların vasitəsilə də İspaniyaya yayıl­mış olan şahmat sonralar bütün Avropada sevilərək oynanılmağa başlanılmışdır.

X əsrdə şahmat bizanslılar, ruslar və vikinqlər tərəfindən oynanılmağa başlanmışdır.

Misir, İraq və Hindistanda aparılan arxeoloji qazıntılar əsasında tapılmış materiallar şahmatın yaranma tarixinin e.ə. III-II minilliklərə aid olduğunu söyləməyə imkan verir. Yazılı ədəbiyyatda bu oyun haqqında ilk məlumata V əsrə aid fars poemasında təsadüf olunur. Şahmat oyunu Hindistandan İrana, oradan ərəb ölkələrinə, oradan da Avropaya yayılmışdır. Avropada bu oyun haqqında ilk məlumat 1010-cu ilə aiddir. Şahmatın Avropaya yayılmasında isə açar ölkə İspaniya idi. Bizans İmperiyasının da şahmatın inkişafında rolu az olmamışdır. İlk vaxtlar şahmatın adı satranc olmuşdur. Sonradan dəyişikliklərə uğramış və şahmat adını almışdır. İndiyə qədər də bəzi ölkələrdə şahmata satranc deyilir.

 
Şahmat daşları. Sol doğru sağ: ağ şah, qara top, qara vəzir, ağ piyada, qara at və ağ fil

Əvvəllər şahmat çox asta bir oyun idi. Ancaq 1400-cü illərin sonlarında iki uzaqmənzilli fiqurun (fil və vəzir) kəşf edilməsi oyunun sürətini artırdı. Şahmatla bağlı ilk kitabın müəllifi Luçena isə bu kitabda (1497-ci il) şahmatın yeni qaydalarını elan etdi. O vaxtdan indiyə qədər bu qaydalar olduğu kimi qalır.

İspaniyadan sonra İtaliya, Fransa, Almaniya, Amerika Birləşmiş Ştatları və Rusiyada da şahmat çox sürətlə yayılmağa başladı. XIX əsrin sonlarında isə artıq şahmatın ilk ulduzları məlum idi: Anderssen, Morfi, Rubinşteyn və Steynits. 1850-ci illərdən etibarən ilk peşəkar turnirlər keçirilməyə başlandı. Nəticədə, 1886-cı ildə o dövrün ən güclü iki şahmatçısı Steynits və Sukertort arasında ilk dünya çempionatı keçirildi. Steynits bu çempionatda 10 qələbə, 5 heç-heçə və 5 məğlubiyyətlə qalib gəldi.

Şahmat iki tərəfin - ağ və qara fiqurlarla oynayan rəqiblərin mübarizəsidir. Hər tərəfin bir şah, bir vəzir, iki top, iki fil, iki at və səkkiz piyada olmaqla 16 fiquru olur. Şahmat lövhəsi 64 - 32 ağ və 32 qara xanadan ibarətdir.