Moskvada xatirə turniri

image

Moskvada Vüqar Həşimovun xatirəsinə Millətlərarası şahmat turniri keçirilib 
Turnir Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf (AMİİ) Fondu və Moskva Millətlər Evi (MME) tərəfindən təşkil edilib.
AMİİ Fondunun rəhbəri Şamil Tağıyev şahmat ənənələrinin inkişafı və idman ənənələrinin tərənnümü baxımından turnirin vacibliyini qeyd edib.


"Vüqar Həşimov hələ həyatda yaşayarkən Azərbaycan şahmatının "qızıl oğlanı" ləqəbi alıb. Ümid edirəm ki, turnirin gənc iştirakçıları burada gələcək şahmat karyeraları üçün zəruri təcrübəni əldə edəcəklər", - Ş.Tağıyev bildirib.
Turnirin açılışında həmçinin şahmat üzrə dünyanın vitse-çempionu Sergey Karyakin, azərbaycanlı qrossmeysterin atası Qasım Həşimov çıxış ediblər. Onlar Vüqar haqqında xoş xatirələrini bölüşüblər.
"Moskvada belə turnirlərin keçirilməsi sevindiricidir", - vitse-çempion S.Karyakin bildirib.
Turnirdə həm həvəskar, həm də peşəkarlar şahmatçılar iştirak ediblər.