"Böyük Şahmat" lahiyəsi

image

Binəqədi rayonunda qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Böyük şahmat taxtası” layihəsi keçirildi.

Binəqədi rayonu Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə VIII qrant müsabiqəsinin qalibi Səlcuq Müzəffərlinin qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Böyük şahmat taxtası” layihəsi çərçivəsində gənclər arasında şahmat oyunları üzrə birincilik keçirilib.

Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə, layihənin rəhbəri Səlcuq Müzəffərli və gənclər iştirak ediblər.

Birinciliyin açılış mərasimində çıxış edən qonaqlar bildiriblər ki, layihənin keçirilməsində məqsəd dahi şahmatçı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsini ehtiramla yad etməkdir. Ölkəmizi dünyada yüksək səviyyədə təmsil edən GM Vüqar Həşimov bu gündə hər bir Azərbaycan gənci üçün əsas örnək və nümunədir.