Ana ürəyi

image

Anan inanmasada - bu dərdi çəkər,
Sənin çin ağlayar, göz yaşı tökər,
Sən məni anlayıb duysaydın əgər,
Məndən uzaqlaşıb heç doyardınmı?

Göylərə yüksəlib könlümün ahı,
Səbir edib gözlərəm hər gün sabahı,
Gəzdiyin yerlərə aldandım axı,
Yoxsa səni uzağa heç qoyardımmı?

Başıma qalmadı gəlməsin o iş,
Tələsən uduzar atalar demiş,
Qırılmaz zəncirlə fikirləşməmiş,
Səni özümə heç bağlayardımmı?

Nə bilim sən məndən tez gedəcəksən,
Həyatda yalanı - düz biləcəksən,
"Xoşbəxt ananı" cürüdəcəksən,
Səni bu qədər ürəyimə qoyardımmı?

_____________________________

Baxışından gəlbimə od düşdü - balam,
Qəlbim alışdı, öz - özü yandı,
Sətir - sətir söylədiyim kəlmələr,
Dilimdə sızladı, söz özü yandı.

Uçmaq istəyirdim, sındı qanadım,
Ömrümü xərclədim, çapdım, taladım,
Mən buzun üstündə ocaq qaladım,
Ocaq yanmadı, buz özü yandı.

Birgə həyatımızın bu imiş sonu,
Hər fəsil gələndə dəyişdi donu,
Yalana od vurdum yandırdım onu,
Yalan xilas oldu düz özü yandı.

Mən günah görmürəm indi heç kəsdə,
Hər şey təhqir olur, bir nadan səsdə,
Atdım ürəyimi mən közün üstə,
Ürək alışmadı köz özü yandı.

_______________________________

Gəl, səni aparım balam dağlara,
Bələdçin mən olum, bir yerdə gəzək,
Bir bulaq başında açaq süfrəni,
Özümüz öz əlimizlə neməti düzək.

Çır - çırpı yığaq ocaq qalayaq,
Quzunu iv - iv kəsib doğrayaq,
Ağacdan şişlərə kababda çəkək,
Tüstüdən doymayaq, közdən doymayaq.

Bu gün bu yerlərdə qonağıq - qonaq,
Ətrafa boylanan gözəlliyyə bax,
Çiçəklərdən, otlardan çələng bağlayaq,
Köksümdə ürəyimin başına tax.

Sinəmdə ləpirlərin, izin qalıbdır,
Qəlbimdə dağ boyda ağrı qalıbdır,
Çıx get öz dünyanda yaşa Vüqarım,
Mənim dünyamı onsuzda boşa qalıbdır.

________________________________

Hər gözəl şeirin sətrində varsan,
Hər açan çiçəyin ətrində varsan,
Açılan səhərin qürur payısan,
Balam - mən necə yaşayım sənsiz...

Köməyə çağırıram ulu göyləri,
Yadıma salıram bir - bir nələri,
Unuda bilmirəm olan işləri,
Balam - mən necə yaşayım sənsiz...

Sənsiz səninləyəm, səninlə sənsiz,
Ömrüm alışır səssiz - səmirsiz,
Necə qalırsan torpaqda mənsiz,
Balam mən necə yaşayım sənsiz...

Qoy məğrur ürəyin sakit döyünsün,
Anan qürurla səninlə öyünsün,
Sənə şər atanların çırağı sönsün,
Balam mən necə yaşayım sənsiz...

Mən səni özümə ata bilirdim,
Məni dəyişəcək memar bilirdim,
Həyatda güvəndiyim varım bilirdim,
Balam mən necə yaşayım sənsiz...

_____________________________

Tanrının hökmünü əlindən alıb,
Sönmüş həyata can verən balam!
Var elə qüvvətin, elə qüdrətin,
Səhranı cənnətə döndərən balam!

Səndə ki hikmətə, vüqara bir bax,
Səndə ki məğrurluq sinəmi yarar,
Ürəyimi deşən "böyük günahkar"
Məni tüstüsüz yandıran - balam!

Bu dərdi nə qədər hara daşıyım,
Olmayan həyatımı necə yaşıyım,
Qayıt gəl ömrümə təzdən başlayım,
Qaranlıq dünyama nur saçan - balam!

________________________________

Billur bir çay kimi - saf ürəyindən 
Sakitcə - sakitcə hey axsamda mən,
Fəqət, bu həyat mənim üçün heçdir
Sənin gözlərinçin, hey ağlasamda 
Həyat qəst elədi, tələsdim gecdir...

Gecədə, gündüzdə, hey qulağımda
Elə bil kim isə hey pıçıldayır,
Sakitcə - sakitcə deyir yoxam mən,
Çətin ki, ayağa birdə qalxam mən,
Təəssüf ki, yoxam mən...

Görüşdük hər gün elə ötəri,
Sənin gözlərini görəndən bəri
Elə uşaqlığını xatırlayıram,
Deyirəm niyə tez ayrıldıq biz
Can olardı hər bir kəlməmiz
O şıltaq qəlbində ulu çay kimi
Nə olardı sakitcə axam mən,
Təəssüf ki, yoxam mən...

Mənim ürəyimdə yerin qalıbdır
Orda qızınmaq üçün ayazdan 
Çovğunlu borandan, şaxtadan
Hətta bu candan keçməyə hazıram
Gəl inan mənə - birlikdə yaşamaq üçün
Taleyim sənə, meşədə veribdir - alışqanda
Gəl yandır sən onu, 
Qoy məndə yanım,
Sənin alovunda qızınsın canım
Sən de götürərmi heç Allah bunu
Kənardan dayanım təkcə baxam mən,
Təəssüf ki, yoxam mən...

Mən bir ümman idim dəryadan dərin,
Neçə min gəmim, sahilim vardır
Bütün kainatı lərzəyə salan,
Şimşək tək göylərdə yerim olardı
Çətin şimşək kimi birdə çaxam mən,
Təəssüf ki, yoxam mən...

________________________________

Öyrət yaşayım mən necə sənsiz,
Necə ömür sürüm kədərsiz - qəmsiz,
Özünə bir dünya qurmusan mənsiz,
Cavab gözləyirəm balam mən səndən....

Deyirsən əl saxla bir bax üzümə,
Qoy əlindən tutum baxım gözünə,
Gözümün içində bitirrəm səni,
Bir cənnət bağına gətirrəm səni,
Cavab gözləyirəm balam mən səndən....

İçindən keçəni söylə, çalış de,
Ya bir köz kimi sön, yada alış de,
Niyə susursan dillən, danış de,
Cavab gözləyirəm balam mən səndən...

__________________________________

Ay mənim ömrümün boranı, qışı,
Tapşır gözlərinə mənə baxmasın,
Ələyir üstümə, çovğun yağışı,
Tapşır gözlərinə mənə baxmasın!

Həyat bulaq kimi çağlayır axı,
Ömrümün yolunu bağlayır axı,
Gözüm zülüm - zülüm ağlayır axı,
Tapşır gözlərinə mənə baxmasın!

Mən odam balam, odla oynama,
Bircə qığılcımım düşsə canıma,
Dənizdə söndürməz, məni qınama,
Tapşır gözlərinə mənə baxmasın!

Gəl məcbur eləmə yolumdan dönüm,
Təzədən alışım, təzədən sönüm,
Müqəddəs deyiləm ay ömrüm - günüm,
Tapşır gözlərinə mənə baxmasın!

_________________________________

Od tutub, alışıb - yandım
Su səpib, niyə söndürmədin ?
Mənə can deyəndə inandım
Vəd verdin, niyə gəlmədin ?

Ömrün payızında, dumanda azdım
Yanında özümə qəbir qazdım
Hər gün haray çəkdim, yalvardım
Niyə anana cavab vermədin ?

Göylərdən enmiş mələk bilirdim,
Təzədən göylərə qayıdacaqdım,
Sənin gəlişinə hey sevinərdim,
Gedəndə mənidə aparacaqdın...

_____________________________

Darıxmışam, balam sənin üçün
Ötən illərə qayıtmaq üçün,
Sənin əllərindən tutub yavaşca
Yenidən həyata başlamaq üçün

Hər yerdə axtarıram, balam səni
Öz ürəyimdə, içimdə, qəlbimdə
Həyat məni yarı yolda qoyubdur
Alışıb yanıram görüşmək üçün

Yuxularımda axtarıram balam səni
Oxşadım qəlbini çiçəklər kimi
İçimə bir ovuc nurlar səpildi
Gecələr bərq vuran işıqlar kimi

Elə yuxularımda tapdım səni
Tellərini oxşadım, tumarladım
Söz verib, vəd verib gəlmədin
Səninlə - elə sənsiz yaşadım...!

________________________________

Haradan rast gəldi, bu tale sənə
Əvvəllər nə qədər rahat olmuşam
Taleyin oyunu - məni göynətdi
İndi bulud kimi yaman dolmuşam

Niyə danışmırsan, mənə baxırsan
Ananın gözündə nə axtarırsan
Bu könül dünyası xaraba imiş
Ömürlük yaddaşlarda qalacaqsan

İkimizin xatirinə dözdüm hər şeyə
Sənsə bu səbəbi özündə tapdın
Məni düşünmədin - anayam deyə
İstirab kündəsini könlümə yapdın

Çatmaq istəyirdim öz xəyalıma
Heyif bu yolda çox tez yoruldum
Səbirsiz ürəyim səbirlə doldu
Həyatda ömürlük yaralı oldum

_____________________________

Sən mənim ürəyim - canımsan balam,
Gələn gedəcəkmiş, mən bilməmişəm,
Gözlərimdən axan göz yaşlarımı,
Zaman siləcəkmiş, mən bilməmişəm.

Başımın üstünü alıb ley - balam,
Yaşada bilmədim səni heyf - balam,
Əbədi bildiyim varlıqlarımda,
Birgün gedəcəkmiş, mən bilməmişəm.

Yaman çox ucuz imiş sədaqət,
Yalana dönərmiş hər bir həqiqət,
Od tutub, alışan, yanan məhəbbət,
Nə tez sönəcəkmiş, mən bilməmişəm.

Sən mənim başımın tacısan - VÜQAR
Ömrümün ən şirin payısan - VÜQAR 
Xoşbəxt yaşadığımız həyatımızı,
Tale böləcəkmiş, mən bilməmişəm...

______________________________

Səni tapmaq üçün, dağlar aşaram
Sənsiz bu ömrü mən yaşayammaram
Mən səni tapmamış, dayanammaram
Dolmuş gözlərimdə, gözlərəm səni!

Tanrı əzabıdır mənim taleyim
Bu yaşamaq deyil, mən neyləyim
Saçıma dən düşən ahıl vaxtımda
Ürəyimin başında gözlərəm səni

Səni gözləməkdən yoruldum balam!
Sənsiz ağlamaqdan kor oldum balam!
Sənin görüşünə gəlmişəm balam!
Yolunun üstündə gözlərəm səni...

______________________________

Xoşbəxtlikdən gəl danışmayaq
Olmayan odda yanıb alışmayaq
Birgə ömür sürməyə çalışmayaq
Bizim qismətimiz kədərmiş demə!

Könlüm boşaldı, heç nə qalmadı
Yerində dağ boyda ağrı qaldı
Gözümün içində olan sevincim
Gözümdən düşüb, itərmiş demə!

Qəlbimin yolunu bağlayanmadım
Mən ki səni orda saxlayammadım
Həyat necə qıydı tanıyammadım
Xoşbəxtlik nifrətə dönərmiş demə...!

______________________________

Mənim həyatımda bir çinar kimi
Allahın əli ilə əkilmisən sən!
Mənim zahirimdə görünmək üçün 
Üzümə tökülən zülfümdə sən!

Üzümdə təbəssüm, xoşbəxt olmuşam,
Sevgidən, istəkdən sərxoş olmuşam,
Sənin şərbətindən meyxoş olmuşam,
Min cürə meyvədən çəkilmisən sən!

Mənim vücudumda lap dərindəsən,
Axtarsan qanımın hər yerindəsən,
Möhtəşəm sarayım, şah əsərimsən,
Qürurum, vüqarım, varlığımda sən!

Saçıma dən düşən belə bir vaxtda
Dərdimə yananım sirdaşımda sən!
Məni nə gözləyir hələ qabaqda
Kədərlə dolu həyatımda sən...!

____________________________

Daha heç kəsə canım demərəm
Hey ağlaram, sənsiz gülmərəm
Birdə saçlarına sığal çəkmərəm
Niyə getdin, ay insafsız balam !

Göylərə əl açdım, yenə yalvardım
Dumana yalvardım, çənə yalvardım
Uşaq tək diz çöküb, sənə yalvardım
Niyə getdin, ay insafsız balam !

Yarı yolda qoydun məni - eləmi,
Xəzana döndərdin çölü - çəməni,
Deyirsən yuxuda görmüsən məni,
Qoy yuxunu yozum, ay insafsız balam !

Yollarda qalıb, gözüm hardasan,
Uzaqda, yaxında, xəyallardasan,
Yoxsa dostlarınla yarışlardasan,
Niyə getdin, ay insafsız balam !

_____________________________

Sən mənim ürəyim, döyünən qəlbim
Söylə bu sinəmdə bəs vuran nədir ?
Sənin gözlərində qış görməmişdim
İndi baxışında bu boran nədir ?

Deyirsən get ana, çəkil yolumdan
Qırılmış budaqda çiçək açılmaz
Taleyin onsuzda tutub qolumdan
Ürəyim qaçsada ömrüm qaçamaz

Yox giley etmirəm - mənası varmı ?
Balamsız hicrana, əzaba dözmək
Arzular qab deyil, söylə olarmı ?
Ürəkdən götürüb, ürəyə düzmək

Sinəmdə tökülən, alışan, yanan,
Sınmış bir qəlbin qırıqlarıymış
Sənin dərdindən küncə atılan
Bir ömrün cırılmış, varaqlarıymış...

_______________________________

Sən mənim taleyim, xəyal mələyim
İçimdə tək bitən ömür çiçəyim
Gözlədim gəlmədin - indi neyləyim
Soruşum bəlkə tanrıdan səni !

Yaramı təzədən qanatma balam !
Dərdimi oyatma - oyatma balam !
Gələ bilmirsənsə aldatma balam !
Soruşum bəlkə tanrıdan səni

Sıxır içimdən keçən vaxt məni
Həyatın odunda yandır - yax məni
Ömürlük əzaba, dərdə at məni
Soruşum bəlkə tanrıdan səni ...

____________________________

Mənə yaşlanmısan deyən insanlar
Yaxın gəlin dərdimi deyim sizə,
Bala dağı məni yaman çaşdırıb,
Sarsılmışam heç vaxt - danışmamışam

Zaman öz sözünü çox tez deyibdir
Bacardıqca məni dərdli - qəmli edibdir
Üstümdən karvanlar keçib gedibdir
Sakitcə baxmışam - danışmamışam

Buzdan od almışam, odda yanmışam
Bala həsrətindən ayılmamışam
Mən axan çayam, dayanmamışam
Rüzgarlar əssədə - danışmamışam

Dərdə köklənib sazımın simi
Min haray qoparır gələndə dəmi
Yağanda yağıram, bir leysan kimi
Sakit damcılayıb - danışmamışam

Bu dünyada zirvəzis dağam
Mən balamsız necə qalacağam
Mən elə suxuram, elə torpağam
Külünglə çapılsamda - danışmamışam

Saçımda dən görüb məyus olmayın !
Bulud tək boşalıb, bulud tək dolmayın !
Heç zaman məndən nigaran qalmayın !
Mən onsuzda balamın - yanındayam...!

________________________________

Deyirsən - gözlərim, baxışım sənin
Təkcə gözlərini, istəmirəmki !?

Sənin ürəyin - qəlbin mənimdir
Nurlu gözlərin zülüm yerimdir
Saçın dar ağacım, ölüm yerimdir
Təkcə gözlərini, istəmirəmki !?

Məni yandırma, ümüd ver mənə
Ürəyini doğra, dilim ver mənə
Yatdığın torpaqda, otaq ver mənə
Təkcə gözlərini, istəmirəmki !?

Balasız sızlayan həzin bir neyəm
Yerimdən oynayan daşam, kəsəyəm
Mən Vüqarımın - həsrətindəyəm
Təkcə gözlərini, istəmirəmki !?

Deyirdin saçında dən olacağam,
Sənin dərdlərinə tən olacağam,
Ömürlük qəlbində mən olacağam,
Təkcə gözlərini, istəmirəmki !?

Vüqarımı - canımı istəyirəm,
Nəfəsimi, varlığımı istəyirəm,
Təzədən yanmağa köz istəyirəm,
Təkcə gözlərini, istəmirəmki !?

________________________________

Deyirsən, gedirəm ana uzağa
Yollarda qalıb gözüm Vüqarım!
Onsuz hələ səni gözləyirəm
Qurtarmaz söhbətim, sözüm Vüqarım!

Hər şey qaranlıqdır, indi önümdə
Qəzaya uğradı, könül gəmim də
Ləpirlərin şırım açıb sinəmdə
Qalmışam çətində özüm Vüqarım!

Göylərə əl açıb, hər gün yalvardım
Uşaq tək diz çöküb sənə yalvardım
Dumana yalvardım, çənə yalvardım
Heç vaxt gülməz üzüm Vüqarım!

Yarı yolda qoydun balam sən məni
Xəzana döndərdin çölü - çəməni
Deyirsən, yuxuda görmüsən məni
Gözlə, qoy yuxunu yozum Vüqarım!

_____________________________

Deyirsən, uzaqdasan balam hələ sən
Yaxın gəl, Vüqarım doğmalaşaq biz
"Ana - bala" odu ilə alışaq, yanaq
Yana - yana olaq kül, qarışaq biz.

Sıxır içimdən keçən vaxt məni
Səni qorumadım, yandır - yax məni
Ağaran saçlarıma bağışla məni
Həm ağlayaq, həm küsək, həm barışaq biz.

Yaramı təzədən qanatma balam!
İçimdə hər şeyi oyatma balam!
Gələ bilmirsənsə aldatma balam!
Bu oda yanmamış sağollaşaq biz.

_____________________________

Xoşbəxtliyi əlimdən salıb, itirdim
İndi axtara - axtara qalmışam,
Həyat kitabında səhvimi gəzdim
Varaqlaya - varaqlaya qalmışam,

Ömrümə rüzgar çox qəfil əsdi
Taleyin zərbəsi alnıma dəydi
Zaman qamətimi - qəddimi əydi
Daraqlaya - daraqlaya qalmışam,

Yuxum yox olub, yata bilmirəm,
Heç bir istəyimə çata bilmirəm,
Sənsiz heç nəyi mən istəmirəm
Soraqlaya - soraqlaya qalmışam,

Dəmir orağımı hey çarxlayıram
Kəsib - kəsmədiyini hey yoxlayıram
Öz ömür zəmimdən, dərz bağlayıram
Oraqlaya - oraqlaya qalmışam,

Təzədən bu dünyaya qayıtmaq üçün
Balamı doyunca qucaqlamaq üçün
Heç olmasa yuxularımda tapmaq üçün
Sayıqlaya - sayıqlaya qalmışam.

______________________________

Bilmirəm, nə danışım, nə dinim
Saflıqdır, gözəllikdir, mənim dinim
Tut əlimdən, ay ömrüm - günüm
Məbədgaha, ziyarətə apar məni

Qollarını aç, gəl bağlama
Əsirinəm, bu sinəmi dağlama
Məni quru yerdə gəl saxlama
Qibləgaha, ziyarətə apar məni

Səni - heç kimlə bölmərəm
Bu sevgidən, istəkdən dönmərəm
Sənlə yaşayıb, sənsiz ölərəm
Dərgaha, ziyarətə apar məni

Saçlarıma dən çox tez düşüb
Dağlarıma duman, çən düşüb
Gecələrim, gündüzümlə səhv düşüb
Gəl, balam sabaha apar məni

Allahımdan - öz balamı istədim
Nəfəsimi, varlığımı istədim
Yanıram, yanmağı özüm istədim
Ataşgaha, ziyarətə apar məni

____________________________

Baxışından gəlbimə od düşdü - balam,
Qəlbim alışdı, öz - özü yandı,
Sətir - sətir söylədiyim kəlmələr,
Dilimdə sızladı, söz özü yandı.

Uçmaq istəyirdim, sındı qanadım,
Ömrümü xərclədim, çapdım, taladım,
Mən buzun üstündə ocaq qaladım,
Ocaq yanmadı, buz özü yandı.

Birgə həyatımızın bu imiş sonu,
Hər fəsil gələndə dəyişdi donu,
Yalana od vurdum yandırdım onu,
Yalan xilas oldu düz özü yandı.

Mən günah görmürəm indi heç kəsdə,
Hər şey təhqir olur, bir nadan səsdə,
Atdım ürəyimi mən közün üstə,
Ürək alışmadı köz özü yandı.

__________________________

Hər gözəl şeirin sətrində varsan,
Hər açan çiçəyin ətrində varsan,
Açılan səhərin qürur payısan,
Balam - mən necə yaşayım sənsiz...

Köməyə çağırıram ulu göyləri,
Yadıma salıram bir - bir nələri,
Unuda bilmirəm olan işləri,
Balam - mən necə yaşayım sənsiz...

Sənsiz səninləyəm, səninlə sənsiz,
Ömrüm alışır səssiz - səmirsiz,
Necə qalırsan torpaqda mənsiz,
Balam mən necə yaşayım sənsiz...

Qoy məğrur ürəyin sakit döyünsün,
Anan qürurla səninlə öyünsün,
Sənə şər atanların çırağı sönsün,
Balam mən necə yaşayım sənsiz...

Mən səni özümə ata bilirdim,
Məni dəyişəcək memar bilirdim,
Həyatda güvəndiyim varım bilirdim,
Balam mən necə yaşayım sənsiz...

____________________________

SƏNİ GÖZLƏYİRƏM...

Qışın ortasında, şaxtalı bir gecədə itirdim səni balam! 
Yağan yağışdan, əsən küləkdən, tufandan, günəşdən, aydan, ulduzdan
Soruşuram, yolunu gözləyirəm,
Yana-yana yaşıyıram
Yana-yana gözləyirəm balam səni!
Neçə qış, bahar gəldi-sən gəlmədin
Səni o dünyada tapmaq istəmirəm
Bu dünyaya gəl balam!
Təzədən qur, yarat, yaşat məni
Necə gəlirsənsə gəl! İstəyirsən yağış damcıları ilə gəl,
İstəyisən göz yaşları ilə gəl,
İstəyirsən əzrail cildində gəl,
Gəl apar məni...Bəlkə onda məndə bu dünyadan əl çəkim!

__________________________________

Mən özüm - özümdən qopub gizlicə
Yanına gələcəm balam bu gecə
Xəfif mehə dönüb, süzüləcəyəm
Sən yatan torpağa mən gələcəyəm

Tellərinə sığal çəkib, dönəcəyəm təbəssümə
Nəfəsinlə gedib-gəlib alışacam, yanacam
Mən qanına hopub, damarında dolaşacam
Bircə damcı olsa belə mən qanında qalacam

Sarmaşıq tək sarılacam sənə balam!
Yalvaracam tanrıya ki açılmasın hələ sabah
Sübh gəlməsin, fırlanmasın yer kürəsi
Bu gecədə ki həyatdan doymayacam

Bu gecədə doğulacam, bu gecədə qocalacam
Bu gecədə ki həyatdan, sən xəbərsiz qalacaqsan
Sən mənim yuxuma gəlməyəcəksən
Yuxuna gələnin anan olduğunu
Balam! Heç bir zaman bilməyəcəksən

__________________________________

Baş daşının önündəyəm,
Nitqim lal 
Dayanmışıq üz-üzə
Gözlərində müəmma,
Baxışında min sual
Möcüzədir, danışırıq, 
Göynəyirəm sözlərindən
İncikliyin var məndən
Oxuyuram gözlərindən,
Deyirsən ki niyə ana ?
Qorumadın məni ana ?
Balam sənin yoxluğuna
Zülm-zülm ağlayıram
Ötüb keçən hər bir şeyi 
Yana-yana yada salıram
Xatirəndən doymayıram
Tələsirdin sanki balam
Yarışlara, uzaqlara
Bu son görüş olacağını 
Zamanın dayanacağını
Sən bilirdin axı hardan ?
Ey əzəmətli VÜQARIM!
Yuxu kimi gəlir mənə
Hey baxıram dönə-dönə
Nə deyəsən fələyin bu hökmünə
Bir qəhər var gözlərimdə
Taqət yoxdur dizlərimdə
Bu nədir təsəlli verirsən mənə
O dünyadan həyansan mənə
Deyirsən ki ağlama ana
Bu həyatın qanunudur
Hər insanın sonu budur...!

__________________________

Çilik-çilik oldu qəlbimdəkilər
Dediyin sözlər yandırdı məni !
Bir ölüm saçırdı, dilindəkilər
Dedin - yaşamaq üçün doğulmamışam
Dedin - xoşbəxt olmaq üçün yaranmamışam

Mən sənsiz yaşaya bilmirəm balam !
Ovutmaq istədim səni-duymadın,
Çığırdım, bağırdım sən oyanmadın
Nə şıltaqlığın vardı, nə üsyanın
Körpülər yanmışdı - yoxdur dönüşün

Gərək sevməyəydin - məni bu qədər
Gərək ümüdimi öldürməyəydin,
Bir ocaq yanmışdı içimdə mənim,
Gərək sən onu söndürməyəydin

Get mehriban balam, sənə yaxşı yol !
Səni o dünyadan ayırammadım
Pis gözlər, nəfəslər apardı səni
Balam mən səni - qoruyammadım !

______________________________

Sən mənim günahsız - günahkarımsan
Nə yaşadın, nə gördün axı ?
Kədərdən, qəmdən savayı
İçimdə nə duyğu var, nədə ki həyat
Körpə balam - səndən savayı

Getdin - ananı fikirləşmədin sən
Harda rastlaşsam - görüşmə, gəlmə
Sənin həsrətindən can versəm əgər,
Soruşub, eşidib, bilsəndə gəlmə

Mənim yoxluğumu sən bilməyəcəksən,
Mənim yanıma sən gəlməyəcəksən,
Qəbrimin üstünə əgər sən gəlsən,
Bilki balam - ruhumuda incidəcəksən !

________________________________

Gərək heç bir zaman doğulmayaydın,
Elə xəyalımda olub qalardın,
Heç zaman yaş kimi süzülməyəydin,
Elə gözlərimdə donub qalardın.

Sən idin qəlbimi bıçaqla kəsən,
Sən idin uzağa, yarışlara tələsən,
Gərək deməyəydin gedəcəksən,
Elə yanımdaca durub qalardın.

Sən öz varlığınla gəlbimə gəldin,
Sən öz varlığınla sevib-sevildin,
Məni yaşatmağa sən söz vermişdin,
Əgər yaşamayacaqdınsa niyə gəlirdin?

_____________________________

Yenə xayalımı duman bürüyüb,
Dəymərəm dumanın, çənin xətrinə,
Bala həsrətindən qəlbim çürüyüb,
Dözürəm balamın - balamın xətrinə.

İstədim qəlbimi səndən ayıram,
Olan günahlarımı bir-bir sayıram,
Özümdə bilmədən mən dayanıram,
Səninlə olduğum günün xətrinə.

Məni yaşadanda - sənin sevgin, 
Məni öldürəndə - sənin sevgin,
Bəlkə qayıdarsan mənə bir gün,
Saçlarımda olan dənin xətrinə.

______________________________

Deyə bilmərəm ki, sən gunahkarsan,
Sən neyləyəsən qismət belə imiş,
Deyə bilmərəm ki, sən etibarsızsan,
Axı sənin ömrün çox qısa imiş.

Deyə bilmərəm ki, haqqın yox sənin,
Yaşamaq, sənin qismətin,
Deyə bilmərəm ki, xoşbəxt etmədin,
27 il ömrümdə şirin pay idin.

Bəs mən necə dözüm ayrılığa,
Mən necə aldadım öz ürəyimi,
Necə yaşayım sənsiz dünyada,
Bu yaşamaq deyil - elə deyilmi !

_____________________________

Deyirdin - saçında dən olacağam,
Deyirdin - dərdlərinə tən olacağam,
Deyirdin - qəlbində mən olacağam,
Bəs indi hardasan - ay insafsız balam!

______________________________

Ey dünya - niyə mənə əzab verirsən
Qumlu səhralarda çay axtarıram
Qızıl qram - qram yer altındadır
Kəhkan tək qazıb lay axtarıram

İstəyim çox idi balam həyatda
Mənim axtardığım o həyat yoxdur
Əlimdə tutduğum talesiz oxdur
Onuda atmağa yay axtarıram

Ömrümün qocalan - ölən vaxtıdır
Fəryadım, naləm ahdır - ağıdır
Üzümə bağlanan tale bağıdır
Çiçək tapsamda tay axtarıram

Bəxtsiz kamanımız qoy elə çalsın
Qoy ürəyimi yandırıb - yaxsın
Qoy içimdə kədər ömürlük qalsın
Onsuzda qəm - qüssə, vay axtarıram

______________________________

Qəlbimin səsini - sözə, şeirə çevirən balam !

Xəyalda düşünüb, ananda səni
Sənə hey baxardım, qibtə edərdim
Vüsalın əzabla agrıtdı məni
O xoş anlarımıza qurban gedərdim...

_______________________________

Soyuq bir məzarda balam, üz - üzə
Kövrəlib baxırıq, durub göz - gözə
Baxışların donub, nitqin quruyub
Danışacağın sözündə donub
İşıqlı, nurlu gözündə donub
Gülərüz simalı üzündə donub
Bu soyuqdan, şaxtadan deyil
Üşüyən həyatımız, donan qəlbimizdir
Yox olan günlərimiz, illərimizdir
Sancılıb sinəmə kipriklərində
İçimdə hər şeyi sındırdı sanki
Çilik - çilik oldu qəlbimdəkilər
Dediyin sözlər yandırdı məni
Dedin: yaşamaq üçün yaranmamışam
Dedin: xoşbəxtlik üçün doğulmamışam !

________________________________

Son gedişin oldu yaman...

Tez itirdik səni, fəqət,
Bu da tale, bu da qismət.
Yas saxlayır sənə millət,
Unutmurlar səni bir an,
Son gedişin oldu yaman.

Saat kimi işləyirdin,
Təmtərağı sevməyirdin.
Heç özünü öyməyirdin,
Bu tarixdə qalan insan,
Son gedişin oldu yaman

Şirin -şirin arzuların,
Çin olmadı murazların.
Soldu açan gül yazların,
Ağlar qaldı yazıq anan,
Son gedişin oldu yaman.

Kiçik işi dağ edənim,
Xalqın üzün ağ edənim.
Hər anı xoş çağ edənim,
İdmanımda sən qəhrəman,
Son gedişin oldu yaman.

Sükut çökdü, kəsildi səs,
Ağlayırdı hamı, hər kəs.
Heç olmadı qəlbdə həvəs,
Sən dünyadan köçən zaman,
Son gedişin oldu yaman.

Sən dünyaya saldın səda,
Nəsib oldun şöhrət - ada.
Hər gün səni salıb yada,
Ney oluram, həm də kaman,
Son gedişin oldu yaman.

Zirvələrdə olan Vüqar,
Yaddaşlarda qalan Vüqar.
Bu yaşda tez solan Vüqar,
Nöqtə qoydun ömrə tamam,
Son gedişin oldu yaman.

İdmanımda sənsən düha,
Medalların çox da baha.
Könlümüzdə döndün aha,
Unutmarıq səni inan,
Son gedişin oldu yaman.

Xatirəni, dövlətimiz,
Əziz tutur millətimiz.
İşləriniz sərvətimiz,
Ürəyi saf, təmiz, ümman,
Son gedişin oldu yaman.

İndən belə şair Fuad,
Səni tez - tez edəcək yad.
Ruhunu da edəcək şad,
İdmanımda sən bir azman,
Son gedişin oldu yaman...

__________________________

Arzularla dolu acı həyatda
Sənsiz yaşayıram - balam səninlə
Kədəri, qəmi yığıb bu başdan
Odlanıb yanıram - balam səninlə

Qiymətini bilmədim gövhərin, ləlin
Sirdaşı deyildim kağız, qələmin
Qəlbimdə yaşayan kamanın, neyin
Havasını çalıram - balam səninlə

Ömrün qar içində bitmiş bir çiçək
Şaxtadan, borandan qoruyam gərək
Yuxudan dik durub gecə sübhədək
Xəyala dalıram - balam səninlə

Məni nə gözləyir hələ qabaqda 
Saçıma dən düşən belə bir vaxtda
Fərhad tək əlimə külünk götürüb,
Dağları yarıram - balam səninlə

___________________________

Sənə arzularımdan saray hörmüşdüm
Ömrümün taxtında səni görmüşdüm
Həyat dənizində gəmim olmuşdun
İndi dalğaların burulğanındayam!

Özünü ömürlük mənə vermişdin
Dünyama bərəkət, ruzi vermişdin
Həyatıma günəş, nur vermişdin
Sənsiz indi mən qaranlıqdayam!

_____________________________

Şimşək tək təzədən çaxmaq istərəm
Su olub yanına axmaq istərəm
Kor olub, dünyana baxmaq istərəm
Onsuz qaranlıqdır - işıqlı dünyam...

Sənsiz qovruluram, odda yanıram
Tüstüsüz alışıb alovlanıram
Tale nə tez böldü həyatımızı
Onsuz mən - sənsiz yaşayanmıram...

______________________________

Ömür yollarında saçaq-saçaqsan
Əbədi çiçəksən, hey açacaqsan
Sən cənnət bağında yaşayacaqsan
Ölüm sənə qıymaz - cavansan axı!

Qürurun qarşısında xalqın baş əyir
Mərdliyin, ucalığın dağa bənzəyir
Sadəliyin, millətinə bu mənəm deyir
Ölüm sənə qıymaz - cavansan axı!

Ağıllı gözlərin, qoşa ləl kimi
Baxışın aparır, məni sel kimi
Ağzından çıxan kəlmə gül kimi
Ölüm sənə qıymaz - cavansan axı!

Uşaqlığın sərbəstliyini görmədin axı,
Gəncliyin necə keçdi bilmədin axı,
Qocalığın şərəfini duymadın axı,
Ölüm sənə qıymaz - cavansan axı!

_____________________________
 

Dilin yaman şirin, sözün bal dadır
Ağıllı baxışın məni yandırıb yaxır
Neçə zamandır ki, gözüm yoldadır
Səni gözləməkdən kor oldum axı !

İçimdə qəm idin, son bir haraydın
Deyirəm uzaqlarda, bəlkə dardaydın,
Ömrümə gec gəldin, balam hardaydın,
Səni axtarmaqdan yoruldum axı !

Sən mənim içimdə bitən həyatsan
Hər gün yanındayam, yəqin xəbərdarsan
Bilirəm nə vaxtsa qayıdacaqsan
Yanında icazəsiz yer aldım axı !

_______________________________

Mənə yaşlanmısan deyən insanlar
Yaxın gəlin dərdimi deyim sizə,
Bala dağı məni yaman çaşdırıb,
Sarsılmışam heç vaxt - danışmamışam

Zaman öz sözünü çox tez deyibdir
Bacardıqca məni dərdli - qəmli edibdir
Üstümdən karvanlar keçib gedibdir
Sakitcə baxmışam - danışmamışam

Buzdan od almışam, odda yanmışam
Bala həsrətindən ayılmamışam
Mən axan çayam, dayanmamışam
Rüzgarlar əssədə - danışmamışam

Dərdə köklənib sazımın simi
Min haray qoparır gələndə dəmi
Yağanda yağıram, bir leysan kimi
Sakit damcılayıb - danışmamışam

Bu dünyada zirvəzis dağam
Mən balamsız necə qalacağam
Mən elə suxuram, elə torpağam
Külünglə çapılsamda - danışmamışam

Saçımda dən görüb məyus olmayın !
Bulud tək boşalıb, bulud tək dolmayın !
Heç zaman məndən nigaran qalmayın !
Mən onsuzda balamın - yanındayam...!

_______________________________